6 C
Baku
Sunday, December 15, 2024

ÜST bir sıra Avropa ölkələrini COVİD məhdudiyyətlərinin ləğvinə görə tənqid edib

Avropada məhdudiyyətlərin aradan qaldırılmasından sonra COVID-19-a yoluxma hallarında artım müşahidə olunur.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge bildirib.

Onun sözlərinə görə, yoluxmaların sayında artım Avropanın 53 ölkəsindən 18-də qeydə alınıb.

“Bəzi Avropa ölkələri, o cümlədən Almaniya, Fransa, İtaliya və Böyük Britaniya COVID-19-a qarşı mübarizə çərçivəsində məhdudiyyətləri çox kəskin şəkildə aradan qaldırdılar və indi yoluxma sayında artım müşahidə olunur”, – H.Kluge qeyd edib.

Son xəbərlər
Digər xəbərlər