8 C
Baku
Sunday, November 17, 2024

ÜST: COVID-19-la bağlı ölümlər 30% azalıb

Aprelin 3-dən aprelin 30-dək dünyada təxminən 2.8 milyon insan koronavirus infeksiyasına yoluxub, 17 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 30%, yoluxmaların sayı 17% azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma halı və 17 459 ölüm halı qeydə alınıb.

28 gün ərzində ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb – müvafiq olaraq 392 480 və 5 263 nəfər.

Mayın 3-nə pandemiyanın başlanğıcından bəri dünyada 765 222 932 koronavirusa yoluxma və 6 921 614 ölüm qeydə alınıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər