24 C
Baku
Friday, April 26, 2024

ÜST: COVID-19 pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil

Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə hallar proqramının direktoru Maykl Rayan, COVID-19 pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildirib.

Banker.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

“Hazırda heç kim pandemiyanın nə qədər müddət davam edəcəyini təxmin edə bilmir. Bizim qarşımızda bir çox ssenari var. Düşünürəm ki, insanları maraqlandıran tətbiq edilmiş tədbirlərin nə qədər müddət qüvvədə olacağıdır. Biz qeyri-müəyyənlik dövrünə daxil oluruq”, – rəhbər bildirir.
Martın 11-də ÜST yeni COVID-19  infeksiyasını pandemiya elan etdi. Son məlumata görə, indiyədək dünyada 465 mindən çox insan yoluxub, 21 mindən çox insan isə dünyasını dəyişib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər