10 C
Baku
Friday, October 25, 2024

ÜST COVID-19-un mənşəyinin hələ də tapılmadığını bildirib

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ də yeni növ koronavirusun haradan yarandığını müəyyən edə bilməyib”.

Bunu ÜST-ün Fövqəladə hallar proqramının direktoru Maykl Rayan jurnalistlərə açıqlamasında deyib.

M.Rayan diqqətə çatdırıb ki, virusun mənşəyini bilmək təşkilat üçün vacibdir, lakin bu, çox da çətin deyil: “Hazırda biz bunu bilmirik və bunun necə baş verdiyini də bilmirik”.

Onun sözlərinə görə, virusun mənşəyinin öyrənilməsi üzərində iş davam edir, lakin bu, uzun müddət çəkə bilər, ona görə də tez nəticə gözləmək mümkün deyil.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər