13 C
Baku
Tuesday, October 22, 2024

ÜST COVID-19-un yeni növü ilə bağlı iclas çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniyada təsbit edilmiş koronavirusun yeni ştammı barədə məlumatları müzakirə etmək üçün iclas keçirəcək.

TASS xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge “Twitter” səhifəsində məlumat verib.

“ÜST test strategiyalarını müzakirə etmək və virusun yayılma riskini azaltmaq üçün üzv dövlətləri iclasa çağıracaq”, – o yazıb.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.

Son xəbərlər
Digər xəbərlər