26 C
Baku
Saturday, July 27, 2024

ÜST: dünyada koronavirusa yoluxma bir həftədə 12% azalıb

Ötən həftə dünyada 2.6 milyondan çox insan koronavirusa yoluxub, onlardan 72 mini dünyasını dəyişib. Əvvəlki yeddi günlə müqayisədə yoluxma 12%, ölüm nisbəti isə 2% azalıb.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

“Yeni yoluxma hallarının sayı azalmağa davam edir: 7-13 iyun həftəsi ərzində dünyada 2.6 milyondan çox yoluxma və 73 mindən çox ölüm halı qeydə alınıb ki, bu da əvvəlki həftəyə nisbətən 12% və 2% azdır”, – deyə ÜST epidemioloji bülletenində qeyd edib.

Bir həftə ərzində dünyada 2 655 782 yeni yoluxma və 72 528 ölüm halı qeydə alınıb. Ümumilikdə, pandemiya başlayandan bəri dünyada 175 333 154 nəfər yoluxub, 3 793 230 nəfər ölüb.

Yoluxma altı regionun beşində azalıb: Cənub-Şərqi Asiya (27%), Avropa (13%), Afrika (44%), Şimali və Cənubi Amerika (7%). ÜST-yə görə, “narahatlıq doğuran” ştammların yayılmasının qarşısını almaq hələ mümkün olmayıb. Xüsusilə, 2020-ci ilin sentyabrında İngiltərədə kəşf olunan “Alfa” ştammı hal-hazırda 172 ölkədə mövcuddur. Sentyabr ayında Braziliyada aşkar olunan “Qamma” ştammı coğrafiyasını 68 ölkəyə genişləndirib. Hindistanda kəşf olunan “Delta” isə bir həftə ərzində altı yeni ölkəyə nüfuz edib və beləliklə ölkələrin ümumi sayı 80-a çatıb.

Son xəbərlər
Digər xəbərlər