Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç son iki həftə dünyada koronavirusla bağlı vəziyyəti həyəcanlı adlandırıb.
Bu barədə TASS bildirib.
ÜST-ün məlumatına görə, 12 aprel 2021-ci ildə COVID-19-a 135 646 617 yeni yoluxma və 2 930 732 ölüm qeydə alınıb. Virusa yoluxma halları ardıcıl yeddi həftədir artır. Eyni zamanda ölüm hallarının sayının son dörd həftədə artmaqda davam edir.
“Bunlar həyəcanlı tendensiyalardır, çünki virusun ortaya çıxmasının, məhdudlaşdırıcı tədbirlər götürülməsinin və peyvəndin ölkələr arasında ədalətsiz tətbiq edilməsinin təsirini görməyə davam edirik”, – o deyib.
O, əlavə edib ki, ÜST əvvəlki kimi risklərin qiymətləndirilmələrinə və beynəlxalq səfərlər vaxtı təhlükəsizlik tədbirlərinə diqqət ayırmağı məsləhət görür.
ÜST təmsilçisi eyni zamanda koronavirusun yeni, “narahat doğuran” variantlarının müəyyənləşdirilməsi ilə bağlı vəziyyətin sürətlə inkişaf etdiyini vurğulayıb.