12 C
Baku
Saturday, November 23, 2024

ÜST: Dünyada meymunçiçəyinə yoluxma artır

Dünyada meymunçiçəyinə yoluxma halları artır. İlin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə 3 413 laborator yoluxma halı qeydə alınıb, bir ölüm faktı məlumdur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

“2022-ci il yanvarın 1-dən iyunun 22-dək ÜST-ə 50 ölkədə, 5 region ərazisində laborator təsdiqlənmiş 3 413 yoluxma halı və 1 ölüm barədə məlumat daxil olub”, – sənəddə vurğulanır.

Təşkilat qeyd edib ki, əvvəlki bülletenin dərc edildiyi gündən – iyunun 17-dən indiyədək 1 310 yeni yoluxma qeydə alınıb. Bundan əlavə, daha səkkiz ölkə yoluxma halları barədə məlumat verib.

Laboratoriya tərəfindən təsdiqlənmiş halların əksəriyyəti (86 %) Avropada müəyyən edilib. Siyahıda sonrakı yerləri Amerika (11 %), Afrika (2 %), Şərqi Aralıq dənizi (1 %-dən az) və Asiya-Sakit okean (1 %-dən az) regionu tutur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər