24 C
Baku
Thursday, July 18, 2024

ÜST: Dünyada quş qripindən ilk ölüm faktı qeydə alınıb

Çində “H3N8” quş qripindən dünyada ilk insan ölümü faktı qeydə alınıb. 59 yaşlı qadın infeksiyadan dünyasını dəyişib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Cənub Quanqdonq əyalətindən olan 56 yaşlı qadın quş qripinin “H3N8” alt növünə yoluxmuş üçüncü şəxs olub. Bütün hallar Çində baş verib, ilk iki yoluxma hadisəsi ötən il qeydə alınıb.

Qadının xəstələnməmişdən əvvəl baş çəkdiyi bazardan götürülmüş nümunələr A(H3) qripi üçün müsbət olub və bunun infeksiya mənbəyi ola biləcəyini ehtimal edir. Yoluxmuş qadının yaxın təmasda olduqları şəxslərdə yoluxma halı aşkarlanmayıb.

Qeyd olunub ki, “H3N8” insanlarda nadir rast gəlinsə də, quşlarda çox olur: “Mövcud məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, bu virus insandan insana asanlıqla yayılma qabiliyyətinə malik deyil, ona görə də onun milli, regional və beynəlxalq səviyyədə insanlara yayılma riski aşağı hesab olunur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər