27 C
Baku
Saturday, July 27, 2024

ÜST: Dünyanı yeni koronavirus pandemiyası dalğası gözləyir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus dünyanın yeni koronavirus pandemiyası dalğasının astanasında olduğunu söyləyib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Hal-hazırda dalğanın ilk mərhələsindəyik”, – deyə rəhbər Cenevrədə çıxış edən zaman vurğulayıb.

Baş direktor keçən həftə dünyada koronavirusa yoluxma, o cümlədən bu infeksion xəstəlikdən ölüm hadisələrinin artmasına diqqət yetirib. Qeyd edək ki, təxminən 10 həftə davam edən azalmadan sonra ölüm səviyyəsi yenidən artmağa başlayıb.

“Koronavirusun “delta” növü yoluxmanın artmasına təsir göstərən əsas amillərdən biridir, eyni zamanda sosial təmas və sosial tədbirlərin tutarsız tətbiq edilməsini də unutmaq olmaz”, – Gebreyesus əlavə edib. Onun sözlərinə görə, hal-hazırda “delta” dünyanın 111 ölkəsində mövcuddur.

ÜST rəhbəri dünyada koronavirus əleyhinə vaksinasiyanın bərabərsizliyinə də vurğu edib. Onun fikrincə, dünya əhalisinin böyük hissəsi bu səbəbdən virusdan asılı vəziyyətə düşür.

COVAX proqramı “işləsə də”, bu mexanizmin fəaliyyət sahəsi “hələ də çox kiçikdir”. Belə ki, indiyədək cəmi 100 milyon peyvənd dozasının tədarükü həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər