23 C
Baku
Friday, April 26, 2024

ÜST: Hindistanda yayılan koronavirus ştammı xüsusilə təhlükəlidir

Ümumdünya Səhiyyə Təşkilatının Hindistanda yayılan koronavirus ştammının xüsusilə təhlükəli olduğunu qeyd edir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

COVID-19 virusuna yoluxma məsələləri üzrə texniki ekspert Maria Van Kerkhove onun üç növ dəyişikliyə məruz qaldığını vurğulayır.

“Bu səbəbdən bunu qlobal problem kimi təsnif edirik”, – deyə Maria Van Kerkhove söyləyir.

Bununla yanaşı, ÜST nümayəndəsi dünyada hazırlanan peyvəndlərin koronavirusun bu növünə də yoluxanlar üçün effektiv olduğunu bildirir. Yaxın gələcəkdə mütəxəssislər Hindistan ştammın digər mutasiyalardan fərqləndirməyi öyrənəcəklər.

Mütəxəssislərin fikrincə, Hindistanda yoluxmaların artmasının səbəblərindən biri keçən payızda aşkar edilən ştammdır. İlk mutasiya virusu daha yoluxucu edir, digərləri isə ona antitellərdən gizlənməyə imkan verir.

Qeyd edək ki, indiyədək Hindistanda təxminən 23 milyon insanda koronavirus aşkar edilib. Ölkə yoluxma sayına görə dünyada birinci yeri tutur. Hər gün koronavirusdan 3.8 mindən çox insan ölür

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər