6 C
Baku
Sunday, January 12, 2025

ÜST inkişaf etmiş ölkələri pandemiya ilə mübarizəyə $16 mlrd. ayırmağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yüksək və orta gəlirli ölkələri bu il COVID-19 pandemiyasına son qoymaq üçün “ACT-Accelerator” proqramını maliyyələşdirmək üçün 16 milyard dollar yardım etməyə çağırıb.

Banker.az xəbər verir ki, məlumata görə, dünya əhalisinin əhəmiyyətli bir hissəsi indi COVID-19-a qarşı sınaqdan keçə və peyvənd ala bilmir. Pandemiyanın başlanmasından bəri qlobal miqyasda 4,7 milyarddan çox sınaq aparılıb, lakin yoxsul ölkələrdə cəmi 22 milyon test aparılıb. Kasıb ölkələrdə insanların yalnız 10%-i peyvəndin ən azı bir dozasını alıb.

Bu bərabərsizliyi aradan qaldırmaq üçün ÜST zəngin ölkələri təcili olaraq 16 milyard dollar ayırmağa çağırır. Təşkilatın məlumatına görə, bu vəsait ilk növbədə 600 milyon doza peyvəndin alınmasına, 700 milyon testin həyata keçirilməsinə, eləcə də 120 milyon xəstənin müalicəsi üçün dərman təminatına xərclənəcək. Qalan 6.5 milyard dolların isə orta gəlirli ölkələrdən ayrılması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər