İsveçin koronavirusla mübarizə strategiyası digər ölkələr üçün nümunə olmalıdır. Banker.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi doktor David Nabarro söyləyib.
“İsveçdə hökumət xalqa, xalq isə hökumətə güvənməyi bacarıb”, – deyə Nabarro qeyd edir.
Onun sözlərinə görə, İsveç vətəndaşlarına güvənərək, sərt karantin tədbirlərini tətbiq etməkdən imtina edib. Bu, insanların və kiçik müəssisələrin gəlirlərini qoruyub saxlayıb.
Daha əvvəl verilən məlumata görə, İsveç şirkətləri ikinci rübdə gəlirlərinin gözləntilərdən xeyli üstün olduğunu nümayiş etdirib. Bu, İsveçin sərt karantindən imtina etməsi ilə əlaqələndirilir. İqtisadi çöküşü proqnozlaşdıran mənfi ssenarilərə baxmayaraq, ölkə biznesi kütləvi iflasdan qaçmağı bacarıb.