17 C
Baku
Friday, October 18, 2024

ÜST koronavirus pandemiyasının sonunun nə vaxt açıqlanacağını etiraf edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Klüqe bildirib ki, koronavirus pandemiyasının sona çatması bütün dünyanın bu infeksiya ilə yaşamağı “nə qədər tez öyrənməsindən” asılıdır.

Banker.az xəbər verir ki, “Səhiyyə sistemlərinin yükü azalandan sonra yoluxma səviyyəsi də aşağı düşəcək. Bu halda pandemiya endemiyaya çevriləcək”, – deyə Hans Klüqe qeyd edib.

O, bəzi ölkələrdə vaksinasiya prosesinin ləng olmasını, eləcə də profilaktik tədbirlərin yumşaldılmasını əsas maneələrdən biri kimi adlandırıb. “Məndə belə təəssürat yaranıb ki, hamı baş verənləri sanki unutmağa çalışır. Halbuki bir il əvvəl bütün dünya iqtisadiyyatı dayanmışdı”, – deyə rəhbər vurğulayıb.

ÜST-nin məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 250 milyonu ötüb. İndi ən çətin vəziyyət ABŞ, Hindistan, Braziliya və Böyük Britaniyada müşahidə olunur.

https://ria.ru/20211110/pande

Son xəbərlər
Digər xəbərlər