21 C
Baku
Friday, September 30, 2022

ÜST koronavirus vaksininin təsdiqlənməsi üçün meyarları açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tam təhlükəsiz və effektiv olmayan heç bir koronavirus peyvəndini təsdiq etməyəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə ÜST-ün rəsmisi Marqaret Harris brifinqdə bildirib.

“Hazırda istifadə olunan vaksinlərin heç biri sınaqların üçüncü mərhələsini başa vurmayıb. Bütün tərəfdaşlarımız fəaliyyətləri barədə bizə hesabat verirlər. ÜST peyvəndlər və nəticələr barədə dəqiq məlumatlar almaq istəyir. Təşkilatın baş direktorunun dediyi kimi, tamamilə təhlükəsiz olmayan və səmərəli olduğu sübuta yetirilməmiş heç bir vaksini təsdiqləməyəcəyik”, – o deyib.

Son xəbərlər
Oxşar xəbərlər