3 C
Baku
Şənbə, Yanvar 22, 2022

ÜST: Koronavirusun süni mənşəli olduğunu iddia edən bəyanatlar spekulyasiyadır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, ABŞ koronavirusun süni olaraq yaradıldığını iddia edir və bu işdə Çini günahlandırsa da, hələki heç bir sübut təqdim etməyib.

Banker.az bu barədə “RBC.ru”ya istinadən məlumat verir.

ÜST-nin nümayəndəsi Maykl Rayan bildirir ki, ABŞ-ın bu açıqlamaları “spekulyativ” xarakter daşıyır.

“Biz ABŞ hökumətindən virusun ehtimal olunan mənbəyi ilə bağlı hər hansı bir məlumat və ya konrekt dəlil almamışıq. Fikrimcə, bu açıqlama sepuklaytiv xarakter kəsb edir”, – Maykl Rayan bildirir.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Çinin “böyük səhvə yol verdiyini” söyləmişdir. Onun sözlərinə görə, koronavirus Çində yaradılıb və bunu sübut etmək üçün onun əlində sübut var.

ABŞ-dan başqa Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya koronavirusun yaradılmasında Çini günahlandırır. Onların fikrincə, bu virus süni olaraq laboratoriyada yaradılmışdır və Çin bu məlumatı hamından gizlədir.

Qeyd edək ki, Çin bu ittihamları rədd edir. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijiang bildirir ki, ÜST məsələ ilə bağlı heç bir dəlilin olmadığını dəfələrlə söyləyib.

Son xəbərlər
Oxşar xəbərlər