2 C
Baku
Cümə, Dekabr 3, 2021

ÜST koronavirusun yeni ştamı ilə bağlı təcili iclas çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika və Çində müəyyən edilmiş koronavirus yeni ştamını müzakirə etmək üçün bu gün, noyabrın 26-da təcili iclas keçirəcək.

Banker.az xəbər verir ki, yeni “B.1.1.529” ştamı, ekspertlərin fikrincə, “delta” ştamından əhəmiyyətli dərəcədə təhlükəlidir.

CAR-ın Epidemik Fəaliyyət və İnnovasiya Mərkəzinin direktoru Tulio de Oliveira yeni ştamın ortaya çıxmasından narahat olduğunu və bu həftə onu ÜST nümayəndələri ilə müzakirə edəcəyini söyləyib.

Cənubi Afrika Respublikasında (CAR) artıq 77 nəfərdə COVID-19-un yeni ştamı aşkar edilib, Bostvanada isə yoluxanların sayı dörd nəfərə çatıb. Mütəxəssislər müəyyən ediblər ki, yeni ştam mutasiyaya uğramış zülala görə vaksinlərə qarşı davamlı ola bilər.

Qeyd edək ki, hal-hazırda dünyada ən çox koronavirusun “delta” ştamı yayılıb. İngilis ailəmləri onun 10-15% daha yoluxucu hesab edib. Noyabr ayında ölkədə həmçinin “Mu” və “Lambda” ştamları aşkar olunub.

Son xəbərlər
Oxşar xəbərlər
X