2 C
Baku
Saturday, December 14, 2024

ÜST meymun çiçəyi ilə bağlı fövqəladə iclas çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi epidemiyasını müzakirə etmək üçün fövqəladə iclas çağırır.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Xəstəlik birbaşa fiziki təmas və hava damcıları ilə ötürülür və əsasən Afrikada yayılıb. Mütəxəssislərin sözlərinə görə, ondan ən çox uşaqlar təsirlənir.

Meymun çiçəyinin inkubasiya dövrü 5 gündən 21 günə qədərdir, simptomlara isə qızdırma, bel və əzələ ağrısı, titrəmə və yorğunluq daxildir. Ölüm nisbəti 4-22% arasında dəyişir.

Son xəbərlər
Digər xəbərlər