ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin müddətini uzatdı

Ümumdünya Səhiyyə Təşkilatı meymuniçəyinin qlobal yayılmasının beynəlxalq narahatlıq doğurduğunu əsas gətirərək ictimai səhiyyədə fövqəladə vəziyyəti uzadıb.

Bunu ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib.

“Komitə meymuniçəyinin qlobal sağlamlıq fövqəladə halı olaraq qaldığı qənaətinə gəldi”- deyə o, bildirib.

Təşkilatın saytında yerləşdirilən bəyanatda deyilir ki, ÜST daha əvvəl meymunçiçəyini beynəlxalq fövqəladə vəziyyət elan edib .

ÜST-nin son məlumatlarına görə, dünyada 77 264 meymuna yoluxma hadisəsi , 36 ölüm, 109 ölkədə yoluxma faktı təsdiqlənib .

Son xəbərlər
Digər xəbərlər