27 C
Baku
Saturday, July 27, 2024

ÜST-nin Moskvadakı bürosunun bağlanması təklif edilib

Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu gələn həftə təşkilatın Moskvadakı bürosunun bağlanmasını müzakirə edəcək.

Təklif quruma üzv olan 43 ölkə tərəfindən verilib. Onlar təklifi Ukraynadakı müharibənin dağıdıcı təsiri ilə izah ediblər.

Təklif olunub ki, Avropa Yoluxmayan Xəstəliklərin Profilaktikası və Nəzarət Bürosunun fəaliyyəti dayandırılsın və büro başqa ölkəyə köçürülsün. Lakin ÜST-nin Rusiya nümayəndəliyi adi rejimdə fəaliyyətini davam etdirəcək.

Həmçinin Rusiyada keçirilən bütün tədbirlərin Ukrayna münaqişəsi bitənədək təxirə salınması təklif edilir.

 

 

Son xəbərlər
Digər xəbərlər