“Bütün dünya ölkələrinə səslənirik: test edin, test edin və yenə test edin”, – deyə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Gebreisus Cenevrıdıki mətbuat konfransında bildirib.
Banker.az xəbər verir ki, “Ölkələr gözübağlı şəkildə pandemiyanın öhdəsindən gələ bilmirlər”.
ÜST rəhbəri insanların qida çatışmazlığı və digər problemlərlə üzləşə biləcəyindən narahat olduğunu söyləyib. ÜST-də logistika üçün məsul olan Pol Molinaro, qoruyucu vasitələrin çatışmazlığı probleminin vacibliyini qeyd edərək ölkələri və şirkətləri “düşüncə tərzini dəyişdirməyə” çağırdı
Bununla yanaşı, Gebreius qeyd edir ki, ÜST həmçinin özəl şirkətlərlə də işləyir və qoruyucu vasitələrinin istehsalının artırılmasına çalışır. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri cari çatışmazlığı “bazarın uğursuzluğu” adlandırır və “ehtiyat yığmaqdan çəkinməyə” çağırır.