17 C
Baku
Monday, May 20, 2024

ÜST: “Ötən həftə dünyada meymunçiçəyinə yoluxma 20%-dən çox artıb”

Ötən həftə dünyada meymunçiçəyinə yoluxanların sayı 20%-dən çox artıb.

Bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında bildirib .

Qeyd edilir ki, son bir həftə ərzində 7500-ə yaxın yeni meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib. Ümumilikdə, 92 ölkədə 35 mindən çox yoluxma halı qeydə alınıb, 12 nəfərin öldüyü bildirilir.

Mütəxəssislərin sözlərinə görə, yoluxma adətən öz həmcinsi ilə cinsi münasibətdə olan kişilərdə müşahidə olunur.

Qurumdan həmçinin “Jynneos” adlı meymunçiçəyi peyvəndinin dünyada mövcud ehtiyatının əlçatanlığını təmin etməyin vacibliyi vurğulanıb. Vaksin 100% təsirli olmasa da, yoluxmanın daha da artması halında risk qrupları tərəfindən istifadə edilməsi tövsiyə oluna bilər, çünki vaksinasiya hətta xəstəlikdən sonra olsa meymunçiçəyini ağır keçirmə riskini azalda bilər.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər