Oktyabrın 3-dən 9-dək həftə ərzində təxminən 2,9 milyon insan koronavirus infeksiyasına yoluxub, 9 mindən çox insan dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoluxmaların sayının əvvəlki yeddi günlə müqayisədə 10 %, ölənlərin sayının isə 1 % azaldığını bildirib.
Xəstəliyin əhəmiyyətli dərəcədə azalması Afrika (41 %), Cənub-Şərqi Asiya (25 %) və Qərbi Sakit okean regionunda (21 %) qeydə alınıb. Avropada xəstəlik 3 %, Amerikada 10 % azalıb. Afrikada (53 %), Cənub-Şərqi Asiyada (23 %) və Avropada (12 %) ölüm halları azalıb. Bununla belə, Amerikada (11 %) və Qərbi Sakit Okean regionunda (1 %) artıb.
Almaniyada bir həftə ərzində ən çox yoluxma halı qeydə alındığını açıqlayıb – 508 749. Ondan sonra Çin (333 830), Fransa (323 787), ABŞ (283 220) və İtaliya (280 947) gəlir. İnformasiya bülletenində qeyd olunub ki, yeddi gündə ən çox ölüm hadisəsi ABŞ (2 817), Braziliya (767), Rusiya (731), Yaponiya (567) və Çində (412) olub.
ÜST-ün oktyabrın 12-nə olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri 619 770 633 koronavirusa yoluxma halı və 6 539 058 xəstəlikdən ölüm halı qeydə alınıb.