Dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-dan dünyada 10 min ölüm olduğu bildirilib.
Bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə koronavirusdan xəstəxanaya yerləşdirilənlərin sayı 42%, reanimasiya şöbələrinə qəbulların sayı isə 62% artıb.
“Bu tendensiyalar 50-dən az ölkənin, əsasən də Avropa və Amerikanın məlumatlarına əsaslanır. Şübhəsiz ki, digər ölkələrdə də bildirilməyən artımlar var”, – deyə o qeyd edib.