“Yeni koronavirusla bağlı vəziyyət dünya miqyasında getdikcə pisləşir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədəki brifinq zamanı bildirib.
“Təşkilatımız dünyadakı 7 milyona yaxın yoluxma halı və 400 minədək ölən haqqında məlumat alıb. Avropada vəziyyət yaxşılığa doğru getsə də, bütövlükdə dünyada pisləşir” – təşkilat rəhbəri qeyd edib.