20 C
Baku
Saturday, October 12, 2024

ÜST pandemiya ilə mübarizə üçün 1,7 milyard dollar vəsaitə ehtiyac olduğunu açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasının qarşısını almaq üçün strateji planını yeniləyib. Qeyd edildiyi kimi, bu planın həyata keçməsi üçün 1,7 milyard dollara ehtiyac olacaq.

Banker.az xəbər verir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adanom Gebreyesus bildirib.

“Yeni hesablamalara görə, Covid-19 ilə mübarizə aparmaq üçün ÜST-yə 1,7 milyard dollar vəsait lazımdır. Bu qiymətə həmçinin ÜST-nin indiyə qədər aldığı vəsait daxildir”.

Təşkilat rəhbərinin qeyd etdiyi kimi, bu plan ilin sonuna qədər olan dövrü əhatə edir. “ÜST pandemiyaya hazırlaşmaq və ona cavab vermək üçün prioritet ictimai səhiyyə tədbirlərini həyata keçirməkdə hökumətlərə texniki dəstək göstərməyə davam edəcək”, – deyə Gebreyesus əlavə edib.

Xatırladaq ki, ÜST koronavirusun yayılmasını beynəlxalq miqyasda fövqəladə vəziyyət olaraq yanvarın 30-da elan etmişdir. Bununla yanaşı, təşkilat səyahətə və malların danışmasına məhdudiyyət qoymaq üçün heç bir səbəb görməmişdir. O dövrdə Çində virusdan cəmi 170 nəfər dünyasını dəyişmişdir.

ABŞ prezidenti Donald Tramp, “ÜST-nin öz vəzifələrini lazımi səviyyədə yerinə yetirə bilmədiyini” bildirərək, onu bütün diqqətini əsasən Çinə yönəltməkdə günahlandırmışdır. Amerika lideri qeyd edir ki, ÜST-ni əsasən ABŞ maliyyələşdirir. Və mövcud vəziyyət ilə əlaqədar olaraq, aprelin 14-də prezident ÜST-ni maliyyələşdirməyə dayındırdığını elan edib.

Onun sözlərinə görə, amerikalı vergi ödəyiciləri hər il ÜST-yə 400 milyon dollardan 500 milyon dollaradək vəsait daxil edib.

Son xəbərlər
Digər xəbərlər