11 C
Baku
Monday, November 25, 2024

ÜST: Pandemiyanın kəskin mərhələsi bu il başa çata bilər

“İnsanların məsuliyyətli davranışı ilə bu il pandemiyanın kəskin mərhələsindən çıxa bilərik”.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe bildirib.

“İstənilən halda fərdi məsuliyyət çox vacibdir. Özünü pis hiss edən və ya hərarəti yüksək olan insanlar evdə karantində qalarsa, onda hamımız kəskin fazadan çıxa bilərik”, – Klüqe deyib.

Klüqenin sözlərinə görə, bu, virusun geri qayıtmayacağı anlamına gəlmir:

“Müxtəlif ştamlar olacaq, lakin biz virusla yaşamağı öyrənməliyik ki, yeni infeksiya dalğası baş verərsə, respiratorlarımızı dərhal şkafdan çıxaraq və ictimai sağlamlıq tədbirlərinə uyğun davranaq”, – ÜST rəsmisi əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər