Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Qebreyesus bildirib ki, koronavirus pandemiyasının nəticələri onilliklər ərzində bəşəriyyət tərəfindən hiss olunacaq.
Banker.az xəbər verir ki, “Bu pandemiyanın təsiri onilliklər ərzində, xüsusən də ən həssas insanlar arasında hiss olunacaq”, – deyə Qebreyesus ÜST-nin memorandumunun imzalanması mərasimində söyləyib.
O qeyd edib ki, ölkələr peyvənd olunanların payını artırmağa çalışmalıdırlar və 2022-ci ilin ortalarına qədər bütün ölkələrdə peyvəndin məqbul səviyyəsinə – ən az 70%-ə nail olmaq lazımdır.
ÜST rəhbərinin sözlərinə görə, bu günə qədər Millətlər Birliyinə daxil olan ölkələrdə əhalinin yalnız 42%-i koronavirusa qarşı peyvəndin tam kursunu keçib. Bununla belə, ayrı-ayrı dövlətlər arasında fərq var.
Con Hopkins Universitetinin məlumatına görə, pandemiya zamanı dünyada 391 milyondan çox insana koronavirus diaqnozu qoyulub. Onlardan 5.7 milyonu ölüb.