2 C
Baku
Saturday, December 14, 2024

ÜST “peyvənd millətçiliyi”ndən çəkinməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı peyvənd axtarışında dünya ölkələrini sıx qlobal əməkdaşlığa dəvət edib.

Təşkilatın rəhbəri Tedros Qebreyesus bu əməkdaşlığın, ilk növbədə, ölkələrin öz marağına xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, virus üzərində qələbə nə qədər tez əldə olunsa, dünya iqtisadiyyatı bir o qədər də sürətlə dirçələ bilər. Bunun üçün isə ayrı-ayrılıqda nümunələrə diqqəti yönəltməkdənsə, mümkün qədər çox peyvənd layihələri üzərində iş aparılmalıdır.

T.Qebreyesusun sözlərinə görə, yüksək tələbat və təkliflər arasında rəqabət hazırda “peyvənd millətçiliyi” məfhumunun yaranmasına səbəb olub və möhtəkirliyə geniş yol açır. Buna qarşı isə yalnız qlobal həmrəylik, ictimai investisiyalar və birgə səylər uğurlu nəticə verə bilər.

Dünyada aktual olaraq kliniki sınaq mərhələsində olan peyvənd maddələrinin doqquzu ÜST-ün himayəsi altında təsis olunan fond çərçivəsində üzv dövlətlərin sərəncamına veriləcək. ÜST-ün hələ həftələr öncə verdiyi məlumata görə, fondun peyvənd layihələrini maliyyələşdirməsi üçün 31,3 milyard ABŞ dolları vəsaitə ehtiyacı var. Lakin üzv dövlətlər bu vəsaitin yalnız cüzi bir hissəsini təqdim edəcəklərini vəd veriblər. Həmin fond peyvənd maddələri ilə yanaşı, COVID-19-a qarşı müxtəlif test və dərman preparatlarının tədqiqat və istehsalını da dəstəkləməlidir.

Son xəbərlər
Digər xəbərlər