7 C
Baku
Thursday, December 12, 2024

ÜST peyvəndin koronavirusun yeni növlərinə qarşı effektivliyindən narahatdır

“Peyvəndlərin koronavirusun yeni ştammlarına qarşı effektivliyi böyük narahatlıq doğurur”.

TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge “Frans-Presse” agentliyinə müsahibəsində deyib.

O, koronavirusun başqa, daha problemli mutasiyalarının yaranmasının mümkün olduğunu bildirib.

H.Klügenin sözlərinə görə, Avropa birgə səylərlə vaksinasiya kampaniyasını sürətləndirməlidir.

“Prosesi sürətləndirmək üçün birləşməliyik. Adətən rəqabət aparan əczaçılıq şirkətləri birlikdə istehsal gücünü kəskin şəkildə artırmalıdırlar. İndi məhz buna ehtiyacımız var”, – H.Klüge vurğulayıb.

Xatırladaq ki, ÜST-nin Fövqəladə Vəziyyətlər Komitəsi yanvarın 14-də keçirilən iclasında ölkələri koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin mutasiya edən patogenlərinin genomik ardıcıllığı ilə əlaqədar elmi araşdırmaları genişləndirməyə, habelə mövcud məlumatları digər dövlətlərlə bölüşməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər