22 C
Baku
Sunday, June 26, 2022

ÜST rəhbəri dünya ictimaiyyətini tənqid edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus beynəlxalq ictimaiyyəti diqqəti Ukraynadakı müharibəyə yönəltdiyinə görə tənqid edib.

Bu barədə “AP News” xəbər verir.

ÜST rəhbəri əlavə edib ki, başqa yerlərdə, o cümlədən Efiopiyada siyasi və humanitar böhran eyni dərəcədə diqqət çəkmir.

“Biz danışdıqca insanlar aclıqdan ölürlər. Dünya insan övladına eyni münasibət göstərmir. Efiopiya, Yəmən, Əfqanıstan və Suriyada böhranlar davam edir, lakin bu böhranlar dünya ictimaiyyətinin Ukraynadakı müharibə ilə bağlı narahatlığının yalnız kiçik bir hissəsidir”, – Qebreyesus qeyd edib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər