ÜST rəhbəri: Koronavirusun səbəb olduğu tənəzzül 2008-ci ildəki böhrandan daha pis olacaq

Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran 2008-ci il dünya maliyyə böhranından daha pis ola bilər.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva, 2008-ci ildəki maliyyə böhranı ilə müqayisədə daha ciddibir tənəzzül gözlədiyini bildirmişdir. “Bu pandemiya, şübhəsiz ki, iqtisadiyyata, ticarətə və dolayısı ilə insanların iş və rifahına çox təsir edəcəkdir.

Bu tənəzzülün 2008-ci ilki qlobal maliyyə böhranı ilə müqayisədə daha pis olacağı proqnozlaşdırır”, –  ÜST-nin saytında yayımlanan  video təqdimatda deyilir. 

Son verilən məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 472 min nəfər, ölənlərin sayı isə 21 min nəfər təşkil edir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları