Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus əldə edilən uğurlara baxmayaraq, bəşəriyyətin koronavirus infeksiyasının yayılması səbəbindən real təhlükə altında olduğunu söyləyib.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Vaksinlərin hazırlanması sayəsində böyük uğurlar əldə etdik. Amma indi dünya real təhlükə altındadır. Əvvəlki uğurlarımızın bir çoxu məhv edilir”, – deyə Gebreyesus qeyd edib.
Onun sözlərinə görə, insanların sosial məsafəni pozması, məhdudiyyətlərə riayət etməməsi, o cümlədən sağlamlıq sistemlərinin qeyri-sabit işləməsi və vaksinasiyanın qeyri-bərabər paylanması yoluxma sayının yenidən artmasına gətirib çıxarır.
Xatırladaq ki, bir gün əvvəl Gebreyesus sentyabrın sonuna qədər yenidən vaksinasiyaya moratorium tətbiq etməyi təklif edib.
ÜST-nin qiymətləndirmələrinə görə, dünyada COVID-19 əleyhinə peyvəndlərin əldə edilməsində qlobal bərabərsizlik qalmaqdadır və daha kasıb ölkələrdə vaksinasiyadan keçmiş insanları sayı daha azdır, nəinki inkişaf etmiş ölkələrdə.