9 C
Baku
Friday, December 13, 2024

ÜST rəhbəri: “Pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq”

“Dünyada koronavirus pandemiyasına qalib gəlmək üçün bütün lazımi vasitələr, o cümlədən tibbi vasitələr var, lakin bu imkanlardan düzgün istifadə olunmur”.

Bunu bazar günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Berlində keçirilən Ümumdünya Sağlamlıq Sammitində çıxışında deyib.

Baş direktor ilin sonuna qədər dünya ictimaiyyətinin ən azı 40 faizinin peyvəndlənməsini təmin etməyə çağırış edib: “Mənə tez-tez pandemiyanın nə vaxt bitəcəyi sualı verilir. Mənim cavabım budur ki, pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq. Öz əlimizdədir. Lakin dünya bu vasitələrdən yaxşı istifadə etməyib. Hər həftə 50 minə yaxın insan ölür, bunlar yalnız haqqında məlumat verilən ölümlərdir”.

Gebreyesus, həmçinin, bütün “G20” ölkələrini beynəlxalq COVAX və AVAT (Afrika Peyvəndalma İşçi Qrupu) mexanizmlərinin dərman tədarükünü prioritetləşdirməyə çağırıb: “G20 ölkələri dərhal öhdəliklərini yerinə yetirməli və dozaları paylaşmalıdırlar. İstehsalçılar COVAX və AVAT ilə müqavilələrini prioritet verməli və təcili şəkildə yerinə yetirməli, həmçinin, nəyin hara göndərilməsində daha şəffaf olmalıdır. Bunu etsək, pandemiyaya son qoya bilərik və qlobal sağalmanı sürətləndirə bilərik”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər