9 C
Baku
Friday, December 13, 2024

ÜST rəhbərindən koronavirusla bağlı nikbin proqnoz

Dünyada COVID-19-a yoluxma hallarının sayı üçüncü həftədir ardıcıl enir, bu, onu göstərir ki, hətta yeni mutasiyalarla virusun yayılmasına nəzarət etmək olar.

“RİA Novosti” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

“Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı üçüncü həftədir ardıcıl enir. İndiyə qədər bir çox ölkələrdə yoluxma halları artır, amma bu, qlobal səviyyədə arxayınlaşdırıcı xəbərdir. Bu onu göstərir ki, virusa nəzarət etmək olar, hətta yeni variantların ortaya çıxması ilə”, – o deyib.

Onun sözlərinə görə, bu, həm də pandemiya ilə əlaqədar ictimai səhiyyə sahəsində tətbiq olunan tədbirlərin effektivliyini göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər