Fevralıən 24-də müharibə başlayandan Rusiya hərbçiləri Ukraynanın tibb müəssisələrinə 620 dəfə hücum edib.
Bu barədə Ümümdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klüqe bildirib.
“Səhiyyəyə hücum dayandırılmalıdır. Səhiyyə sistemləri, obyektləri və səhiyyə işçiləri hədəf deyillər və heç vaxt da olmamalıdırlar”, – Klüqe deyib.
ÜST rəsmisi, həmçinin qeyd edib ki, təşkilat tükənmiş tibb işçilərinin potensialını artırmaq üçün davamlı səylər göstərir.