Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynaya 36 ton humanitar yardım göndərib.
Bu barədə ÜST-nin tviter səhifəsində paylaşım edilib.
“Bu, sadəcə qutular deyil, bunlar insanların həyatını xilas edir. Bunlar ÜST-nin Ukraynadan olan minlərlə qaçqınlar üçün həyati əhəmiyyətli tibbi ləvazimatlarıdır. Varşavaya çatdırılmış 36 tonluq yük Polşa sərhəddi vasitəsilə Ukraynanın qərbində yerləşən Lvov şəhərinə aparılacaq”, – paylaşımda deyilir.