24 C
Baku
Friday, September 27, 2024

Ustadın baxışı

Günlərin bir günü uğurlu və təcrübəli bir biznesmendən soruşurlar ki, nəyə görə o, heç vaxt fəaliyyətə yeni başlayan biznesmenlərə hansı bizneslə məşğul olmaq haqqında məsləhətlər vermir və yaxud onların layihələrini qiymətləndirmir.

O, belə cavab verir:

– Bəzən mənə elə layihələr təqdim edirlər ki, düşünürəm ki, onları reallaşdırmağı bacararam. Lakin mənə bu layihələri təqdim edən şəxsin layihələri gerçəkləşdirə biləcəyini bilmirəm. Bəzən də mənə həyata keçirə bilməyəcəyim layihələri təqdim edirlər. Bəlkə də başqa biznesmenlər isə asanlıqla həmin layihələri reallaşdıra bilərlər.

Bu səbəblərdən ötrü mən biznesmenlərə tövsiyə edirəm ki, onlar öz bizneslərinə aid məsələlərə özləri qərar versinlər və səmimi qəlbdən onlara müvəfəqiyyətlər arzu edirəm.

Son xəbərlər
Digər xəbərlər