İyunun 22-dən Rusiyanın “Utair” aviaşirkəti paytaxt Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçuşlara başlayacaq.
Bu barədə şirkətin məlumatında bildirilir.
Məlumata görə, aviareyslər həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.
Bu “Utair” üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə Bakı (Azərbaycan),Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan) və digər istiqamətləri də əlavə etməyi planlaşdırır.