Rusiyanın “UTair” aviaşirkəti sentyabrın 7-dən etibarən Sankt-Peterburqdan Bakıya reyslərin sayını artıracaq.
“Pulkovo” hava limanının mətbuat xidmətindən bildirilib ki, uçuşların sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılır.
Uçuşlar bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, “UTair” bu il iyulun 5-dən Sankt-Peterburqdan Bakıya reyslərin icrasına başlayıb.