14 C
Baku
Saturday, November 23, 2024

Utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri açıqlanıb

Azərbaycanda utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri nəqliyat vasitələrinin kateqoriyası üzrə dəyişəcək.

Bunu Milli Məclisin Tebii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib.

“Burada beynəlxalq kateqoriyaları nəzərə almışıq. Məsələn, M-1 və başqa kənd təsərrüfatı üzrə istifadə olunan nəqliyyat vasitələri və digər texnoloji nəqliyyat vasitələri kateqoriyalar üzrə fərqləndirilir. Burdaa məbləğlər ən aşağı A və A-1 kateqoriyaları üzrə 200 manatdan, ümumi minik avtomobilləri üçün 1 500 manatdan, digər həcmi böyük yük avtomobilləri və digərləri üçün isə maksimum 3 min manatdan nəzərdə tutulur. Lakin biz daha çox nəqliyyat parkının yenilənməsinə üstünlük verdiyimizə görə hesab edirik ki, birdəfəlik ödəniş məbləği endirim məbləğindən aşağı olmalıdır. Biz birdəfəlik ödəniş məbləğini həmin güzəşt məbləğinin 50 %-i qədər planlaşdırırıq”, – deyə M.Laçınov bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər