Koronavirusun “omikron” ştamı peyvəndlərin qeyri-bərabər paylanılması fonunda qlobal iqtisadiyyatın bərpasını ləngidəcək.
Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala bildirib.
ÜTT rəhbəri qeyd edib ki, “omikron” ştamının yayılması səbəblərindən biri peyvəndlərin dünya ölkələrinə bərabər səviyyədə paylanılmamasıdır.
“Əgər biz bu problemi həll etmək üçün çoxlu səy göstərməsək, son nəticədə dünyada davamlı iqtisadi canlanma üçün həqiqətən də böyük risk yaranacaq, çətinliklərlə üzləşməyə davam edəcəyik”, – Okonjo-İveala əlavə edib.