22 C
Baku
Wednesday, October 29, 2025

ÜTT: Rüsumlar son 80 ildə qlobal ticarətə ən güclü zərbəni endirib

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala bəyan edib ki, ABŞ-nin tətbiq etdiyi rüsumlar son 80 ildə qlobal ticarətə ən ciddi zərbəni endirib. Bununla belə, onun sözlərinə görə, ticarət sistemi hələ də dayanıqlılığını qoruyur.

“Bir çoxlarının fikrincə, ABŞ-nin birtərəfli addımları nəticəsində dünya ticarəti dağılmaq üzrədir. Bəli, bu addımlar ciddi zərər vurub — son 80 ilin ən böyük zərərini. Amma biz sistemin dayanıqlılığını görməkdən məmnunuq”,— deyə ÜTT rəhbəri CNBC-yə müsahibəsində bildirib.

Nqozi Okonjo-İveala əlavə edib ki, ABŞ və Çin arasında münasibətlərin pozulması təhlükəsi “heç bir tərəfin maraqlarına xidmət etmir”. O həmçinin Donald Tramp və Si Cinpin arasında rüsumların azaldılması ilə bağlı danışıqların uğurlu keçəcəyinə ümid etdiyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər