Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yeni rəhbəri Nigeriya nümayəndəsi, 66 yaşlı Nqozi Okonco-İveala (Ngozi Okonjo-Iweala) oldu.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın Baş Şurası tərəfindən namizədliyi təsdiqlənmiş N.Okonco-İveala həmin vəzifədə ilk xanım və ilk Afrika təmsilçisidir.
Səlahiyyətləri cari ilin 1 mart tarixindən 2025-ci ilin 31 avqust tarixinədək davam edəcək N.Okonco-İveala 1976-cı ildə Harvard Universitetindən məzun olub və Massaçusets Texnologiya İnstitutunda fəlsəfə doktoru elmi adını alıb. Bir müddət sonra Nigeriya maliyyə naziri və xarici işləri naziri vəzifəsində ilk xanım olan diplomat 25 il ərzində Dünya Bankında müxtəlif vəzifələrdə çalışıb.