27 C
Baku
Saturday, June 29, 2024

Uyğunluq (PL/TMM) şöbəsinin rəisi – AFB Bank

AFB Bank Risklərin idarə edilməsi departamentinə şöbə rəisi vakansiyası elan edir.

Vəzifə: Uyğunluq (PL/TMM) şöbəsinin rəisi
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• PL/TMM ilə mübarizə sahəsində ən azı 3 il iş təcrübəsi;
• Dərin analitik bacarıqlar, böyük baza ilə işləmək qabiliyyəti;
• Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələblər sahəsində dərin bilik,;
• Bank fəaliyyəti və risklərin idarə edilməsi sahəsində bilik;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
• Güclü MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;
• Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

İŞİN TƏSVİRİ: 
• PL/TMM qarşısının alınması üzrə daxili nəzarət proqramlarının tətbiq edilməsi;
• Bankın departament və filiallarında çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün daxili nəzarət üzrə monitorinqin həyata keçirilməsi;
• Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
• Əməliyyat və iştirakçıların yoxlanılması, şübhəli əməliyyatların müəyyən edilməsi və gələcəkdə bu növ əməliyyatların qarşısının alınması daxil olmaqla PL/TMM qarşısının alınması üzrə department və filialların işinin təşkili və nəzarət etmək;
• Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumatların araşdırılması və təhlilin həyata keçirilməsi;
• Bank əməkdaşlarına PL/TMM daxili nəzarət həyata keçirilməsi üzrə təlimlərin keçirilməsi və əməkdaşların dövrü bilik səviyyəsinin qiymətləndirilməsi;

Tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix – 20 oktyabr 2017-ci il.

Elektron CV formasını doldurmaq üçün: https://afb.az/az/vacancy/17

Son xəbərlər
Digər xəbərlər