Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı dörd ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunmuş konkret faktlar üzrə AQTA tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülür.
Bundan əlavə, Yeni Zelandiya, Çin, Özbəkistan və Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar sağlamlaşdırıcı tədbirlərin görülməsi məqsədilə həmin ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları göndərilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
| Məhsulun adı | İstehsal və son istifadə tarixi | Mənşə ölkəsi | İstehsalçı | Uyğunsuzluq |
| Kərə yağı | 04.09.2024
– 03.09.2026 |
Yeni Zelandiya | “Fonterra Limited” | Kampesterin |
| Nərə kürüsü | 13.02.2025
– 13.08.2025 |
Çin | “QUZHOU XUNLONG AQUATIC FOOD SCI-TECH DEVELOPMENT CO., LTD” | Qurğuşun (Pb) |
| Araxis | 01.01.2025
– 01.01.2026 |
Özbəkistan | “Raise Production Business” | Aflatoksin B1 |
| Ərik qurusu | 28.11.2024
– 28.09.2025 |
Özbəkistan | “Muxlis Kemal Agro Export” | Kükürd dioksidin kütlə payı |
| Mal piyi | 28.12.2024
– 27.12.2026 |
Rusiya | “Bryansk Meat Company” | Donuz əti DNT-si |
| Dondurulmuş donuz əti | 16.01.2025
– 06.01.2027 |
Rusiya | ОАО “Великолукский мясокомбинат” | Sarkosporidium (ibtidai parazit) |








