6 C
Baku
Sunday, December 15, 2024

Uyğunsuzluq bildirişi alan sahibkarlar dövlət dəstəyindən yararlanmaq üçün nə etməlidirlər?

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudiyyətlərin ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması üçün dövlət sahibkarlara sıra dəstək proqramları həyata keçirir.

Vergilər Nazirliyinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının bir hissəsinin ödənilməsi və fərdi sahibkarlara maliyyə yardımının göstərilməsi ilə bağlı maddi dəstək proqramının icrası hazırda uğurla davam edir: “Sahibkarlar muzdlu işçilərinə görə ödənişi iki dəfə ala biləcəklər. Bir aylıq əməkhaqqı bərabər hissələrə bölünərək iki dəfəyə veriləcək. Bu, aprel və may aylarını əhatə edəcək. Mikro sahibkarlara isə bu maliyyə dəstəyi bir dəfə ödənilir.

Sahibkarlar İnternet Vergi İdarəsindəki (e-taxes.gov.az) şəxsi kabinetlərinə daxil olaraq dəstək proqramlarından yararlanmaq üçün müraciət etməlidirlər. Bəzi vergi ödəyiciləri şəxsi kabinetlərinə girmək üçün lazım olan istifadəçi kodu, parol və şifrəni unutduğundan müraciət göndərə bilmir. Həmin sahibkarlar vergi orqanlarına gəlmədən poçtla müraciət edərək istifadəçi kodu, parol və şifrələrinin surətini ala bilərlər.

Aktiv bank hesabı olmadıqda, riskli vergi ödəyiciləri ilə əməliyyat apardıqda, 2019-cu il üzrə vergi və sosial sığorta ödənişləri olmadıqda sahibkarlar müraciət edərkən uyğunsuzluqlar çıxa bilər. Aradan qaldırılması mümkün olan uyğunsuzluqlar həll edildikdən sonra yenidən müraciət etmək mümkündür.

2019-cu il ərzində fəaliyyəti aktiv olan sahibkarlar nadir hallarda bu cür uyğunsuzluqla qarşılaşırlar: onların fəaliyyəti 1 mart 2020-ci il tarixinədək dayandırıldığı və 1 aprel 2020-ci il tarixindən sonra aktivləşdiyi üçün müraciəti göndərə bilmirlər. Həmin sahibkarlar dərhal elektron kabinetlərindən vergi orqanına ərizə ilə müraciət etməlidirlər. Əgər hansısa rəqəmsal uyğunsuzluq varsa, tez bir zamanda aradan qaldırılacaq və sahibkarın dövlət dəstəyi ilə bağlı müraciəti təmin olunacaq”.

Vergilər qəzeti

Son xəbərlər
Digər xəbərlər