15 C
Baku
Tuesday, September 27, 2022

Uyğur şirkəti Azərbaycan bazarına girir

Çinin kənd təsərrüfatı məhsullarının ticarətini həyata keçirən şirkətlərindən birinin Azərbaycan Respublikasındakı nümayəndəliyi açılıb.

Banker.az xəbər verir ki, bu, “Xinjiang Jinmanda İnternational Trade Co., LTD” Şirkətidir.

Nümayəndəlik Bakı şəhəri Xətai rayonu, Sadıqcan ev.4A m.83 ünvanında dövlət qeydiyyatına alınıb.

Nümayəndəliyin qanuni təmsilçisi Çin Xalq Respublikasının vətəndaşı Tu Qiang-dır.

Şirkət tomat sousu, qurudulmuş təvəzlər, paxlalı bitgilər, kişmiş, şəkər, üzüm yağı və digər məhsulların satışını həyata keçirir.

Şirkətin baş ofisi Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı Ürmüqi şəhərində yerləşir.

Son xəbərlər
Oxşar xəbərlər