15 C
Baku
Saturday, November 2, 2024

Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir?

Hazırda Azərbaycanda tədavüldə olan milli valyutanın – manatın üzərində ölkənin əsas bankının adı iki cür yazılıb – “Milli Bank” və “Mərkəzi Bank” kimi.

Qeyd edək ki, 18 mart 2009-cu il tarixində keçirilmiş ümumxalq referendumunun nəticəsinə əsasən Milli Bankın adı dəyişdirilərək Mərkəzi Bank edilib.

Aradan 8 il keçməsinə baxmayaraq bəzi pulların, xüsusən də iri nominallı manatın üzərindəki “Milli Bankı” yazısı hələ də dəyişdirilməyib.

Bu qanunla nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı sayta Milli Məclisin  İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Deputat deyib ki, əsas bankın adının dəyişdirilməsindən sonra milli valyutada da bu dəyişiklik əks olunmalıydı:

“Bunun üçün sifarişlərin edilməsi müəyyən vaxt tələb edir. Ola bilsin ki, pulların üzərindəki “Milli Bank” yazısının dəyişdirilməməsi bununla əlaqədardır. Qanunla pul-kredit siyasətində siyahıdakı təşkilat “Azərbaycan Respublikasının Mərkəzi Bankı”dır. Ona görə də milli valyutanın üzərindəki Milli Bank yazısı dəyişdirilməlidir”.1300px 10 manat obv1483961366

Vahid Əhmədov bildirib ki, növbəti sifariş zamanı yəqin ki, bu nəzərə alınacaq.

Bəs Azərbaycan Mərkəzi Bankı üzərində “Milli Bank” sözü yazılmış əskinasları nə zaman dövriyyədən çıxaracaq?

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər