27 C
Baku
Saturday, July 27, 2024

Uzaq Şərqdən Azərbaycan neftinə müştəri çıxanların sayı artır

Uzaq Şərqdən Azərbaycan nefti üçün yeni müştərilər çıxıb. Bunu Banker.az məlumat kimi əldə edib.

Azərbaycan Çinin əyaləti kimi tanıdığı Tayvana və eləcə də Cənub Şərqi Asiya ölkəsi İndoneziyaya da neft satmağa başlayıb.

Tayvan neft tankerləri 1 009 982 barrel həcmində və 115.69 milyon ABŞ dolları dəyərində Azərbaycan neftini alıb aparıblar. Uzun müddətdir ada ölkəsi Azərbaycandan neft almırdı.

Ona yaxın coğrafiyadan olan İndoneziya da Azərbaycandan 908 313 barel həcmində neft alıb ki, bunun da ixrac dəyəri 105.81 milyon dollar olub. Dövlət Gömrük Komitəsinin göstəriciləri bildirir.

Azərbaycan Tayvana neftin hər bir barelini ortalama 114.5 ABŞ dolları olduğu halda, İndoneziyaya 116.5 dollar olub.

Uzaq ölkələrinin Azərbaycana neft üçün tanker göndərməsi son illərdə artmaqdadır. Məsələn, sonuncu dəfə Avstraliya Azərbaycandan may ayında 552 035 barrel, yaxud 61.67 mln. dollar dəyərində neft almışdı. Son məlumat bazasında isə bu ölkənin iyun ayında neft alışı barədə məlumat yer almayıb.

Qlobal miqyasda neftlə bağlı struktur defisiti yaranıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra RF neftinə şirkətlər sosial məsuliyyət və sanksiya riskərini nəzərə alaraq yaxın durmaq istəmirlər. Nəticədə isə ticarət zəncirində dəyişmələr baş verir. Qeyd edilən üç ölkənin hər ikisi daha çox Qərblə eyni alyansdadırlar.

İndi alıcısı azalan Rusiya nefti üçün əsas müştəri bu alyansa qoşulmayan ölkələrdir – Çin və Hindistan.

Çin bu il ümumiyyətlə Azərbaycan neftinə yaxın durmayıb. Hindistan isə bu il cəmi 4 026 791 barrel ölkəmizdən neft alıb.

Son xəbərlər
Digər xəbərlər